Азербайджанские народные сказки




Метод чтения Ильи Франка

 

QOCA ASLAN (старый лев; qoca — старый; старик)

 

Сказку адаптировал Назим Гулиев lingvo-english@rambler.ru

 

Günlərin bir günü qoca aslan meşə qırağında bir pişik ğördü, dedi (как-то раз старый лев увидал = повстречал на опушке леса кота, сказал; demək — сказать, воскликнуть, ответить; bir — один; gün — день; qoca — старый; старик).

— Ay pişik, sən bizim cinsdənsən (эй, кот, ты из нашей породы; cins — порода; пол, род), niyə belə balacasan (отчего ж такой маленький)?

Pişik dedi: (кот сказал)

— Mən adam əlinə düşmüşəm (угодил я в руки человека; əlinə düşmək — попасть/угодить в руки), ona görə belə balacalanmışam (потому-то и стал таким маленьким). Mənim yiyəm başıma o qədər döyür ki (мой хозяин столько ударяет мне по голове), gözümə qaranlıq çökür (/аж/ в глазах темнеет; qaranlıq — темнота).

Əgər sən onun əlinə keçsən, gör başına nələr gətirər (попади ты ему в руки, увидишь, что он /тебе/ сделает: «на твою голову что придет»; əgər — если).

Qoca aslan dedi:

— Ay pişik, sən yiyəni mənə göstər (кот, ты мне покажи хозяина) səni onun əlindən qurtarım (избавлю тебя из его рук; əlindən qurtarmaq — избавлять, вызволять: «из рук спасать»).

Pişik dedi:

— Sabah yiyəm buraya cüt əkməyə gələcək (завтра мой хозяин придет сюда пахать сохой), onda sən də gələrsən (тогда и ты приходи).

Aslan, “yaxşı”, — deyib getdi (лев, ответив: «хорошо», ушел).

 

Günlərin bir günü qoca aslan meşə qırağında bir pişik ğördü, dedi:

— Ay pişik, sən bizim cinsdənsən, niyə belə balacasan?

Pişik dedi:

— Mən adam əlinə düşmüşəm, ona görə belə balacalanmışam. Mənim yiyəm başıma o qədər döyür ki, gözümə qaranlıq çökür. Əgər sən onun əlinə keçsən, gör başına nələr gətirər.

Qoca aslan dedi:

— Ay pişik, sən yiyəni mənə göstər, səni onun əlindən qurtarım.

Pişik dedi:

— Sabah yiyəm buraya cüt əkməyə gələcək, onda sən də gələrsən.

Aslan, “yaxşı”, — deyib getdi.

 

Sabah açıldı (рассвело; sabah — утро; açmaq — открывать; açılmaq — открываться; рассветать), pisiyin yiyəsi kəndli meşənin qırağına cüt əkməyə gəldi (хозяин кота, крестьянин, пришел на опушку леса пахать сохой).

Bunu görüb qoca aslan da ora gəldi (увидав это, туда явился и старый лев). Bir az keçdi, pişik də gəldi (спустя некоторое время пришел и кот). Bu zaman qoca aslan dedi (и тут старый лев сказал; zaman — время, момент):

— A kişi, niyə bizim nəsli bu hala salıbsan? (послушай, мужик, почему /ты/ довел нашего брата до такого состояния; nəsil — род, потомство; поколение; a — обращение, соответствующее русскому «эй»; hala salmaq — доводить до состояния; hal — состояние, положение, обстоятельство; настроение; salmaq — опустить;). Bəyəm mən aslandan qorxmursan (иль меня, льва, не страшишься)?

Kişi dedi:

— Ay aslan qardaş (эх, братец лев), pişik də mənə demişdi ki, çox qüvvətlidi (и кот сказал мне, что /он/ дюже силен), ancaq mən pişikdə o qüvvəti görmədim (однако не приметил я у кота той силы). Indi də ki, görürsən nə günə düşüb (а теперь видишь, каким /он/ стал = до чего докатился)?

— Əgər ona yazığın gəlirsə (а коль жалко /тебе/ его), bircə gün ona kömək elə, onun işini sən gör (помоги ему разочек — сделай за него его работу; iş görmək — выполнять/делать работу).

Qoca aslan dedi:

— Nə işin var, de kömək eləyim (какая есть работа — скажи, помогу).

 

Sabah açıldı, pisiyin yiyəsi kəndli meşənin qırağına cüt əkməyə gəldi. Bunu görüb qoca aslan da ora gəldi. Bir az keçdi, pişik də gəldi. Bu zaman qoca aslan dedi:

— A kişi, niyə bizim nəsli bu hala salıbsan? Bəyəm mən aslandan qorxmursan?

Kişi dedi:

— Ay aslan qardaş, pişik də mənə demişdi ki, çox qüvvətlidi, ancaq mən pişikdə o qüvvəti görmədim. Indi də ki, görürsən nə günə düşüb? Əgər ona yazığın gəlirsə, bircə gün ona kömək elə, onun işini sən gör.

Qoca aslan dedi:

— Nə işin var, de kömək eləyim.

 

Cütçü boyunduruğu öküzün boynundan açıb aslanın boynuna qoydu (пахарь, сняв ярмо с шеи вола, надел на шею льва; açmaq — снимать; qoymaq — класть, положить), kirişlə bərk-bərk bağladı (крепко-накрепко закрепил тетивой), cütü saldı xam, kolluq yerə (соху же вонзил в невозделанную поросшую кустарником землю; kolluq — кустарник; yer — земля, почва; место).

Əlinə də yekə pazı aldı (взял в руку длинный посох), daldan aslana çək ki, çəkəsən (и давай льва сзади колотить). Aslanın bağırtısı meşəyə, dağa düşdü. (рев льва разнесся по лесу, горам; düşmək — падать; попадать; разноситься, распространяться).

Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi (до вечера пахарь распахивал кустарники и заросли пырея). Aslanı da o qədər döydü ki (льва же до того забил), bir qat gönü getdi (что слой шкуры содрал), tamam heydən düşdü (совсем выбился из сил).

 

Cütçü boyunduruğu öküzün boynundan açıb aslanın boynuna qoydu, kirişlə bərk-bərk bağladı, cütü saldı xam, kolluq yerə. Əlinə də yekə pazı aldı, daldan aslana çək ki, çəkəsən. Aslanın bağırtısı meşəyə, dağa düşdü. Əkinçi axşama kimi kolluqları, çayırlıqları əkdi. Aslanı da o qədər döydü ki, bir qat gönü getdi, tamam heydən düşdü.

 

Cütcü axşam boyunduruğu aslanın boynundan götürdü (вечерком пахарь снял ярмо со льва). Aslan tir yerə uzandi (лев упал замертво: «лег как бревно»).

Pişik miyoldaya-miyoldaya onun yanına gəlib, dedi (мяукая-мяукая, кот подошел к нему и сказал):

— Kefin necədi (ну как; kef — настроение; самочувствие)? İnsanın əlinin zərbini gördünmü (отведал ли ударов человека; görmək — увидать; познать)?

Aslan dedi:

— Qardaş, sən gör nə qədər qüvvətli imişsən ki, bu zərbə dözübsən (братец, посмотри, каким же ты сильным оказался, что вынес эти удары). Sənin yerinə mən olsaydım, indi lap sıçana dönmüşdüm (будь я на твоем месте, сразу же в мышонка и превратился бы; lap — как раз, прямо).

 

Cütcü axşam boyunduruğu aslanın boynundan götürdü. Aslan tir yerə uzandi. Pişik miyoldaya-miyoldaya onun yanına gəlib, dedi:

— Kefin necədi? İnsanın əlinin zərbini gördünmü?

Aslan dedi:

— Qardaş, sən gör nə qədər qüvvətli imişsən ki, bu zərbə dözübsən. Sənin yerinə mən olsaydım, indi lap sıçana dönmüşdüm.

 

TÜLKÜ VƏ CANAVAR (лис и волк; tülkü — лис, лиса; canavar —волк, волчица)

 

Сказку адаптировал Назим Гулиев

 

Günlərin bir günü tülkü bərk acmişdı (как-то раз лис сильно = не на шутку проголодался; gün — день; bir — один).

Çox gəzdi, dolandı (много гулял = кружил, петлял; dolanmaq — вертеться, ходить вокруг), bir bağın yanına çıxdı (очутился у одного сада; yanına çıxmaq — очутиться, оказаться; çıxmaq — выходить; yan — сторона; бок).

Baxdı ki, tələdə bir parça quyruq var (увидал = смотрит — в капкане есть один кусок хвоста = из капкана торчит краешек хвоста).

Kənarda oturmuşdu, quyruğa baxırdı, ağzının suyu axırdı (сел с краю, смотрел на хвост = смотрит на хвост, из-за рта слюнки потекли; ağzının suyu — слюни: «вода из его рта»).

Bu zaman bir canavar gəlib çıxdı (в это время, тут = откуда не возьмись — волк; gəlib çıxmaq — приходить, появляться; gəlib — от gəlmək — приходить).

Tülküdən soruşdu (спросил у лиса):

 

Günlərin bir günü tülkü bərk acmişdı. Çox gəzdi, dolandı, bir bağın yanına çıxdı. Baxdı ki, tələdə bir parça quyruq var. Kənarda oturmuşdu, quyruğa baxırdı, ağzının suyu axırdı. Bu zaman bir canavar gəlib çıxdı. Tülküdən soruşdu:

 

— Tülkü baba, niyə quyruğu yemirsən (дедушка лис, почему /ты/ не ешь хвост)?

Tülkü dedi (/лис/ сказал):

— Orucam (/я/ в посту; oruc tutmaq — поститься: «пост держать»).

Canavar dedi (/волк/ сказал):

— Mən oruc-zad deyiləm, yeyəcəyəm (я не пощусь, /я/ съем; zad — как его там, как это его).

Tülkü dedi:

— Ye (ешь; yemək — есть, кушать).

 

— Tülkü baba, niyə quyruğu yemirsən?

Tülkü dedi:

— Orucam.

Canavar dedi:

— Mən oruc-zad deyiləm, yeyəcəyəm.

Tülkü dedi:

— Ye.

 

Canavar quyruğu yemək istəyəndə tələyə düşdü (пожелав съесть = отведать хвост, волк угодил в капкан).

Quyruq sıçradı kənara düşdü (хвост оказался за капканом; sıçramaq — вскакивать, выскакивать, подпрыгивать; kənara düşmək — отходить в сторону; kənar — край; düşmək — оказаться; попадать).

Tülkü quyruğu götürüb yeməyə başladı (взяв хвост, лис начал /его/ есть = приступил к трапезе; yeməyə başlamaq — начать есть).

Canavar ondan soruşdu (волк у него спросил; o — он, она):

 

Canavar quyruğu yemək istəyəndə tələyə düşdü. Quyruq sıçradı kənara düşdü. Tülkü quyruğu götürüb yeməyə başladı. Canavar ondan soruşdu:

 

— Bəs, orucdun (ты ведь постился; bəs — а, ведь, разве)?

Tülkü dedi:

— Ayı gördüm, odur ki, yeyirəm (/я/ увидал луну, потому и ем /в мусульманских странах пост прерывается с появлением луны/).

Canavar dedi:

— Bəs, mən nə vaxt ayi gorəcəyəm (а когда же я увижу луну)?

Tülkü dedi:

— Tələnin sahibi gələndə (когда придет хозяин капкана).

 

— Bəs, orucdun?

Tülkü dedi:

— Ayı gördüm, odur ki, yeyirəm.

Canavar dedi:

— Bəs, mən nə vaxt ayi gorəcəyəm?

Tülkü dedi:

— Tələnin sahibi gələndə.

 

Tülkü quyruğu təzəcə yeyib qurtarmışdı ki, tələ sahibi gəlib çıxdı (только лис съел хвост, как пришел хозяин капкана; yeyib qurtarmaq — кончить есть; qurtarmaq — кончать).

Tülkü:

— Canavar lələ, ay göründü, — deyə götürüldü (дядя волк, показалась = взошла луна, сказав, /лис/ бросился бежать = наутек).

 

Tülkü quyruğu təzəcə yeyib qurtarmışdı ki, tələ sahibi gəlib çıxdı. Tülkü:

— Canavar lələ, ay göründü, — deyə götürüldü.

 

Tələ sahibi canavarı görəndə dedi (увидав волка, хозяин капкана сказал):

— Aha, mən səni çoxdan axtarırdım, yaxşı əlimə düşmüsən (ага, я тебя давно искал: «ищу», хорошо /ты/ попался мне в руки: «вот ты и попался»; əl — рука; düşmək — падать; попадать)!

Canavar yalvarıb dedi (волк, умоляя, сказал = взмолил о пощаде):

— Axı, mənim günahım nədi (в чем же мой грех; axı — ведь, но)? Yazığam, burax gedim (бедняга /я/, отпусти, пойду).

Tələ sahibi dedi:

— Sənin günahın çoxdu (много у тебя грехов = велики твои грехи), yazıq heyvanları parçalayıb yeyirsən (раздираешь и пожираешь несчастных животных: «несчастных животных, раздирая, пожираешь»; parça — кусок, клок, клочок; parçalamaq — разрывать на куски, раздирать).

Kişi sözünü qurtardı (мужик кончил говорить; sözünü qurtarmaq — кончать говорить: «закончил /свое/ слово»), ağacla canavarı döyüb öldürdü (палкой избив, убил волка = прикончил волка дубиной; ağac — палка, дубина), dərisini soyub evinə apardı (и/ содрав кожу, понес /его/ домой).

 

Tələ sahibi canavarı görəndə dedi:

— Aha, mən səni çoxdan axtarırdım, yaxşı əlimə düşmüşəm!

Canavar yalvarıb dedi:

— Axı, mənim günahım nədi? Yazığam, burax gedim.

Tələ sahibi dedi:

— Sənin günahın çoxdu, yazıq heyvanları parçalayıb yeyirsən.

Kişi sözünü qurtardı, ağacla canavarı döyüb öldürdü, dərisini soyub evinə apardı.

 

DƏNİZ SƏYAHƏTİ (морское путешествие)

 

Сказку адаптировал Назим Гулиев

 

Padşah dəniz səyahətinə çıxmişdı (падишах отправился в морское путешествие; padşah — шах, падишах, царь, государь, монарх; çıxmaq — выходить; выехать, отправиться). O, gəmidə kef məclisi düzəltmişdi (на корабле он устроил пиршество; o — он, она, оно; düzəltmək — делать; устраивать; kef — кутеж, гульба, оргия; məclis — собрание). Padşahın sevimli qulu da burada idi (здесь же был и любимый слуга падишаха).

 

Padşah dəniz səyahətinə çıxmişdı. O, gəmidə kef məclisi düzəltmişdi. Padşahın sevimli qulu da burada idi.

 

Qul bu vaxta qədər gəmiyə minməmişdi (до этого времени слуга не плавал на корабле: «не садился на корабль»). Gəmi yırğalandıqca (/когда/ корабль покачивало; yırğalamaq — качать; укачивать) onun başı gicəllənir (его голова кружилась = шла кругом), urəyi bulanırdı (тошнило; ürək — сердце; bulanmaq — мутиться; становиться тусклым). Bir az keçmədi ki (не прошло много /времени/: «не прошло немного»; bir — один; bir az — немного, чуточку), qul ah-nalə edib (слуга, рыдая), şahın və məclisdəkilərin kefini pozdu (испортил настроение падишаху и присутствовавшим на меджлисе).

 

Qul bu vaxta qədər gəmiyə minməmişdi. Gəmi yırğalandıqca onun başı gicəllənir, urəyi bulanırdı. Bir az keçmədi ki, qul ah-nalə edib, şahın və məclisdəkilərin kefini pozdu.

 

Nə qədər çalışdılarsa (сколько /они/ ни пытались), onu sakit etmək üçün çarə tapa bilmədilər (не смогли его успокоить/утешить; ücün — чтобы, для того чтобы; carə — средство, выход; tapmaq — находить).

Gəmidə ağıllı, dünyagörmüş bir həkim var idi (на корабле был умный, видавший виды врач; var olmaq — быть, присутствовать; здравствовать, жить). O dedi (он сказал):

— Şah icazə versə, mən qulu sakit edərəm (/если/ шах позволит, я успокою слугу).

Şah razılıq verdi (шах дал согласие/согласился). Həkimin əmri ilə qulu dənizə atdılar (по приказу врача слугу бросили в море).

 

Nə qədər çalışdılarsa, onu sakit etmək üçün çarə tapa bilmədilər. Gəmidə ağıllı, dünyagörmüş bir həkim var idi. O dedi:

— Şah icazə versə, mən qulu sakit edərəm.

Şah razılıq verdi. Həkimin əmri ilə qulu dənizə atdılar.

 

O üzmək bilmirdi (он не мог плавать; bilmək — уметь; знать). Bir-iki dəfə əl-qol atdı (пару раз: «один, два раза» руками побарахтался: «бросил»), bir neçə qurtum şor su içəndən sonra (после того, как глотнул немного соленой воды: «выпил несколько глотков соленой воды»), batmağa başladı (начал тонуть; qurtum — глоток).

 

O üzmək bilmirdi. Bir-iki dəfə əl-qol atdı, bir neçə qurtum şor su içəndən sonra batmağa başladı.

 

Bunu görən həkim əmr etdi ki (увидав это, врач приказал; görmək — видеть), dənizə ip atsınlar (бросить в море канат: «чтобы бросили в море канат»; ip — веревка, бечевка; канат). Qul ipdən bərk-bərk yapışdı (слуга крепко ухватился за канат). Onu çəkib çıxartdılar (потащив его вытащили). Qul gəminin bir küncündə lal-dinməz oturdu (слуга молча уселся в углу корабля), sakit oldu (успокоился).

 

Bunu görən həkim əmr etdi ki, dənizə ip atsınlar. Qul ipdən bərk-bərk yapışdı. Onu çəkib çıxartdılar. Qul gəminin bir küncündə lal-dinməz oturdu, sakit oldu.

 

Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi (увлеченный пирушкой падишах не знал об этом; baş — голова; qarışmaq — вмешиваться). Sevimli qul birdən onun yadına düşdü (неожиданно он вспомнил про любимого слугу: «любимый слуга неожиданно пришел ему на память»). Şah sorusdu (шах спросил):

— Nə oldu ki, qul belə aram tapdı (что произошло, что слуга так успокоился; aram — покой, успокоение; tapmag — находить)?

 

Başı kefə qarışmış padşahın bunlardan xəbəri yox idi. Sevimli qul birdən onun yadına düşdü. Şah sorusdu:

— Nə oldu ki, qul belə aram tapdı?

 

Həkim cavab verdi (врач ответил):

— Qul dəniz görməmişdi (слуга не видал/не познал моря). Gəmidəki salamatlığın qədrini bilmədiyindən (не познав/полюбив уют корабля; salamatlıq — здравствование; благополучие), ağlayır və ah-nalə edirdi (плакал и рыдал). Dənizdə batmağın nə olduğunu görəndən sonra (увидав же, что значит потонуть в море; görmək — видеть; узнавать, познавать) gəmidə salamat oturmağın qədrini də bildi (/он/ смог полюбить и уют корабля; oturmaq — сидеть). Odur ki, belə sakit olmuş və aram tapmışdır (и вот — /он/ угомонился и нашел покой).

 

Həkim cavab verdi:

— Qul dəniz görməmişdi. Gəmidəki salamatlığın qədrini bilmədiyindən, ağlayır və ah-nalə edirdi. Dənizdə batmağın nə olduğunu görəndən sonra gəmidə salamat oturmağın qədrini də bildi. Odur ki, belə sakit olmuş və aram tapmışdır.

 

BİR DAMLA SU (одна капелька воды)

 

Сказку адаптировал Назим Гулиев

 

Xırmana od düşmüşdü (гумно загорелось: «на гумно упал огонь»; od — огонь; düşmək — падать, упасть; случиться). Her yana səs yayıldı (слух /об этом/ прокатился повсюду; hər — каждый; yan — бок; сторона; səs — голос, звук, шум; слух, молва). Kənddə kim varsa, yanğını söndürməyə gəldi (кто есть = был в деревне, пришел тушить пожар).

 

Xırmana od düşmüşdü. Her yana səs yayıldı. Kənddə kim varsa, yanğını söndürməyə gəldi.

 

Uşaqlar, böyüklər su daşıyıb, yanğını söndürməyə calışdılar (дети, взрослые, таская воду, пытались потушить пожар). Bu vaxt bir sərçə xırmanın üzərində dövrə vurdu (в этот момент один воробышек облетел гумно: «покружил над гумном»; dövr — круг, оборот; vurmaq — ударять, бить). Dimdiyində gətirdiyi saman cöpünü yanan xırmana atdı (бросил на горящее гумно палочку соломинки = соломинку, которую /он/ принес в клюве; dimdik — клюв).

 

Uşaqlar, böyüklər su daşıyıb, yanğını söndürməyə calışdılar. Bu vaxt bir sərçə xırmanın üzərində dövrə vurdu. Dimdiyində gətirdiyi saman cöpünü yanan xırmana atdı.

 

Kəndlilər təəccüblənib sərçədən soruşdular (деревенские жители удивившись, = с удивлением спросили у воробышка).

— Ay Sərçə, nə edirsən (эй = послушай, воробей, что ты делаешь/творишь)? Məgər sənin atdığın çöplə yanğın böyüyər (разве = или пожар прибавится из-за соломинки, которую ты бросаешь; böyütmək — расти; увеличиваться, прибавляться)?

Sərçə dedi (воробей ответил; demək — говорить, восклицать; отвечать):

— Bilirəm ki, böyüməz (знаю, что не прибавится; ki — что), ancaq mən öz düşmənçiliyimi bildirirəm (однако в ней моя неприязнь: «однако я показываю свою неприязнь/вражду).

 

Kəndlilər təəccüblənib sərçədən soruşdular.

— Ay Sərçə, nə edirsən? Məgər sənin atdığın çöplə yanğın böyüyər?

Sərçə dedi:

— Bilirəm ki, böyüməz, ancaq mən öz düşmənçiliyimi bildirirəm.

 

Bu anda şaxəli ağacın bir budağına sığırçın qondu (тут/в этот момент на одну ветку ветвистого дерева уселся скворец; qonmaq — садиться). O, dimdiyindən yanğına bir damcı su saldı (он бросил в огонь одну капельку воды из клюва). Camaat sığırçının işinə təəccüb edib soruşdu (люди, удивившись поступку скворца, спросили; camaat — люди, публика, народ, толпа; iş — дело, работа; поступок; təəcüb etmək — удивляться):

— Bir damcı su ilə heç yanğın sönər (разве от одной капли пожар убудет; ilə — с, посредством; sönmək — погаснуть, угасать)?

 

Bu anda şaxəli ağacın bir budağına sığırçın qondu. O, dimdiyindən yanğına bir damcı su saldı. Camaat sığırçının işinə təəccüb edib soruşdu:

— Bir damcı su ilə heç yanğın sönər?

 

Sığırçın qanadlarını tərpədib dilə gəldi (скворец, взмахнув крыльями: «подвигав крыльями», заговорил; tərpətmək — двигать, шевелить):

— Bilirəm ki, göyə qalxan bu alov bir damci su ilə sönməz (знаю, что поднимающееся к небу это пламя от одной капли воды не потухнет). Ancaq mən də bununla öz dostluğumu bildirirəm (однако /в ней/ мое дружелюбие: «я же этим показываю свое дружелюбие»).

 

Sığırçın qanadlarını tərpədib dilə gəldi:

— Bilirəm ki, göyə qalxan bu alov bir damci su ilə sönməz. Ancaq mən də bununla öz dostluğumu bildirirəm.

 

PADŞAH VƏ DƏMİRÇİ

Падишах и кузнец

 

Сказку адаптировал Агиль Азимов agil.azimov@gmail.com

 

Biri variymiş, biri yoxuymuş (жил да был: “кто-то был, кого-то не было”), bir padşah varıymış (жил один падишах: «один падишах был»). Bunun var-dövlətinin (у него имущества; bu — этот) həddi-hesabı yoxuymuş (границ-счету не было). Bir gün padşah (один день = однажды падишах) vəzirini öz yanına çağarıb deyir (визиря к себе позвав, говорит: öz yanına — к себе):

— Vəzir, bilirsənmi nə var (визирь, знаешь что)?

— Qibleyi-aləm sağ olsun (Мусульманский мир да здравствует: qiblə — местонахождение Мекки, в сторону которой обращаются мусульмане при молитве), xeyr, bilmirəm (нет, не знаю).

 

Biri vanymış, biri yoxuymuş, bir padşah varıymış. Bunun varmın, dövlətinin həddi-hesabı yoxuymuş. Bir gün padşah vəzirini hüzuruna çağarıb deyir:

— Vəzir, bilirsənmi nə var?

— Qibleyi-aləm sağ olsun, xeyr, bilmirəm.

 

— Vəzir, bax (визирь, смотри = обрати внимание), Hatəm[1] kimi (как Хатем) cahi-cəlal desən məndə (и я великолепен: «великолепен скажешь, и я такой»), qüvvətli pəhlivanlar desən məndə (я силен, как могучие богатыри: «могучие богатыри скажешь и я такой»), yeddi iqlim torpağında mənim hökmüm keçir (моя земля простирается в семи климатах: «в семи климатах земли моя власть проходит»). Hansı padşahı desən (какого бы падишаха не назвал: «какого падишаха назовешь») onun torpağını at torbasında (его землю в переметных сумках: at torbası — переметная сумка) daşıtmağa gücüm çatar (перенести силы хватит: güc çatar — сил хватит, в силах). Amma başım fıkirdən ayılmır (но мою голову не покидает мысль: «но моя голова от мысли не отделяется»). fikirləşirəm ki, yavaş-yavaş saqqalıma dən düşür (думаю что, постепенно моя борода седеет: dən düşmək — иметь проседь), günlərin birində (однажды: в один из дней) başımı yasdığa qoyacağam (я умру: голову на подушку положу). Öləndən sonra yerimdə (смерти после /после смерти/ на моем месте) oğuldan-qızdan bir davamcim yoxdu ki (ни сына ни дочери как наследника нету, чтобы), taxtı-tacımı ona tapşıram (престол и корону я ему поручил). Deyirəm görəsən (вот я и говорю, интересно: görmək — видеть) mənnən də çox (меня более = более чем я) fıkir çəkən, dərdli (задумчивый, печальный: fikrini çəkmək- заботится о чем то, беспокоиться) adam varmı (человек есть ли)?

— Vəzir, bax, Hatəm kimi cahi-cəlal desən məndə, qoşun desən məndə, qüvvətli pəhlivanlar desən məndə, yeddi iqlim torpağında mənim hökmüm keçir. Hansı padşahı desən onun torpağını at torbasında daşıtmağa gücüm çatar. Amma bunula belə başım fıkirdən ayılmır. Günüzlər gülürəra, danışıram, gecələr sabaha kimi fikirləşirəm ki, yavaş-yavaş saq-qalıma dən düşür, günlərin birində başımı yasdığa qoyacağam. Öləndən sonra yerimdə oğuldan-qızdan bir zürüyyətim yoxdu ki, taxtı-tacımı ona tapşıram. Odu ki, deyirəm görəsən mənnən də çox fıkir çəkən, dərdli adam varmı?

 

Vəzir söylədi (визирь произнес):

— Şah sağ olsun (да прибудет в здравии шах: «шах здоровым пусть будет»), dünyada dərdsiz, fikirsiz adam tapılmaz (в мире без печали, без мыслей человека не найти).

Bu sözün üstündə (на этом слове = из-за этого) padşahnan vəzirin arasında mübahisə başladı (между падишахом и визирем спор начался: аra — промежуток, расстояние), o gündən padşahın adamları şəhərbəşəhər (с того дня, падишаха люди, город за городом: ср.: günbəgün — день за днем), kəndbəkənd gəzib (из деревни в деревню проходя) dərdsiz adam axtardılar (беззаботного человека разыскивали). Kimə yaxınlaşdılarsa (к кому бы не не подходили: yaxınlaşmaq — подходить, приближаться), gördülər hərənin bir dərdi var (видели /что/ у каждого была своя печаль). Axırda gəlib padşaha dedilər (в результате = в конце придя, падишаху сказали: axır — конец, исход, окончание; axır ki — наконец-таки,в конце концов):

 

Vəzir söylədi:

— Şah sağ olsun, dünyada dərdsiz, fikirsiz adam tapılmaz.

Bu sözün üstündə padşahnan vəzirin arasında mübahisə başladı, o gündən padşahın adamları şəhərbəşəhər, kəndbə-kənd gəzib dərdsiz adam axtardılar. Kimə yaxınlaşdılarsa, gördülər hərənin bir dərdi var. Axırda gəlib padşaha dedilər:

 

— Hər yeri gəzdik (все места обошли), dərdsiz adam tapa bilmədik (без печали человека найти не смогли). Padşah yenə dedi (падишах опять сказал):

— Vəzir, mən inanmıram (визирь, я не верю), gəl təğyiri-libas olaq (давай переодетыми будем: təğyir — изменение, перемена; libas — одежда, платье), çıxaq vilayəti özümüz gəzək, onda taparıq (выйдем, земли сами обойдем, тогда найдем).

Bəli, padşahnan vəzir paltarlarını dəyişib (вот так, с падишахом визир одежды сменив) düşdülər bazar-dükanı gəzməyə (спустились по рынкам ходить: bazar — рынок; dükan — магазин), ora getdilər, bura getdilər (там прошлись, тут прошлись), axırda bir dükana girib dedilər (в конце концов в одну лавку зайдя, произнесли):

— Salaməleyküm (здравствуйте)!
Dükənçi dedi (лавочник сказал):

— Əleyküməssalam (и вы здравствуйте). Ay siz xoş gəlibsiniz (добро пожаловать: «ай, вам добро пожаловать»), deyin görüm nə almaq istəyirsiniz (скажите, что купить хотите: görüm — я погляжу), bu saat gətirim (тотчас: «этот час» принесу: bu — этот). Padşah dedi (падишах сказал):

— Heç bir şey almaq istəmirik (мы не хотим ничего покупать: heç bir şey — ни одной вещи, ничего), gəzirdik, elə bir az (прогуливались, так немного: bir az — чуть, немного) yorğunluğumuzu almaq üçün bura girdik (усталость нашу дабы снять, сюда зашли; yorğun — усталый; yorğunluğ — усталость), bir balaca söhbət eləyək (немного поговорим: «разговор сделаем»: bir balaca — немного, чуть-чуть), dərdimiz dağılsın (чтобы нашу печаль развеять: “наша печаль что бы разрушилась”: dağılmaq — рушится, разливаться).

 

— Hər yeri gəzdik, dərdsiz adam tapa bilmədik.Padşah yenə dedi:

— Vəzir, mən inanmıram, gəl təğyiri-libas olaq, çıxaq vilayəti özümüz gəzək, onda taparıq.

Bəli, padşahnan vəzir paltarlarını dəyişib düşdülər bazar-dükanı gəzməyə, ora getdilər, bura getdilər, axırda bir düka-na girib dedilər:

— Salaməleyküm!
Dükənçi dedi:

— Əleyküməssalam. Ay siz xoş gəlibsiniz, beş gəlibsi-niz, deyin görüm nə almaq istəyirsiniz, bu saat gətirim. Padşah dedi:

— Heç bir şey almaq istəmirik, gəzirdik, elə bir az yorğunluğumuzu almaq üçün bura girdik, bir balaca söhbət eləyək, dərdimiz dağılsın.

 

Dükənçi qaş-qabağına turşudub dedi (лавочник нахмурил брови и сказал: turşutmaq — кислить, окислять; qaş-qabağı — хмурый):

— Vallah oturub danışmağnan (клянусь Богом, от разговоров: «сидя и разговаривая») keyfim açılası deyil (мое настроение не улучшится: «открыться не сможет»).
Padşah dedi (падишах сказал):

— Niyə (почему)?
Dükənçi cavab verdi (лавочник ответил: «ответ дал»):

— Necə niyə (как почему)? Neçə vaxtdı ki (вот уже сколько времени), malım satılmır (мой товар не продается). Elə bil heçkimin pulu yoxdu (как будто ни у кого денег нету). Mal alan da (да и покупатели: almaq — покупать, преобретать) nisyə aparır (в долг забирают), bir qəpik də pul vermir (ни копейки денег не дают). İndi anbar dolusu malım var (сейчас склад полон моего товара), amma çörək almağa pulum yoxdu (но хлеб купить, денег нет). Bu halnan nə keyfım olsun (при таком положении какое же настроение).

 

Dükənçi qaş-qabağına turşudub dedi:

— Vallah oturub danışmağnan keyfim açılası deyil.
Padşah dedi:

— Niyə?
Dükənçi cavab verdi:

— Necə niyə? Neçə vaxtdı ki, malım satılmır. Elə bil heçkimin pulu yoxdu. Mal alan da nisyə aparır, bir qəpik də pulvermir. İndi anbar dolusu malım var, amma çörək almağa pulum yoxdu. Bu halnan nə keyfım olsun.

 

Padşahnan vəzir gördülər ki (падишах с визирем поняли что), kişinin dərdi var (есть у человека печаль). Yavaşca çıxıb getdilər (тихо ушли: «вышли ушли»). Yolda bir bağbana rast gəlib (по дороге одного садовника встретили) onun keyfini xəbər aldılar (о его настроении /так же / спросили: xəbər almaq — разузнать). Bağban dedi (садовник сказал):

— Ay qardaşlar, nə keyfım olacax (эх братья, с чего взятся настроению у меня), var-yox bir bağım varıydı (из имущества один сад у меня был). Padşahın cuvarları (распорядители падишаха: cuvar — лицо, ведающее распределением оросительной воды) suyumu kəsib bağımı susuz qoyublar (воду /мою/ перекрыв, мой сад без воды оставили: susuz — без воды; qoymaq — оставлять, покидать, класть). Ağacalarımın hamısı quruyub (деревья все высохли), tələf olub (и погибли: tələf olmaq — погибнуть, уничтожиться, пропадать), indi onun fikrindəyəm ki(теперь о том думаю; fikrində — в мыслях; fikrindəyəm — раздумываю, в мыслях я /нахожусь/), neyləyim (что же теперь делать: neyləyim/nə eləyim — что делать мне).

Padşahnan vəzir burdan da getdilər (падишах с визирем и отсюда ушли). Yolları bir ölü məclisinə düşdü (дорога их привела на поминки: ölü məclisi — поминки; məclis — собрание, заседание). Girdilər yas məclisinə (зашли они в траурное помещение: yas — траур), kimə yanaşdılarsa (к кому бы ни подходили), dərdsiz adam tapa bilmədilər (без печали человека не могли найти: dərdsiz — без печали, без грусти). Biri dedi (один сказал):

 

Padşahnan vəzir gördülər yox, kişinin dərdi var. Yavaşca çıxıb getdilər. Yolda bir bağbana rast gəlib onun keyfini xə-bər aldılar. Bağban ahı-zaman dedi:

— Ay qardaşlar, nə keyfım olacax, var-yox bir bağım varıydı. Padşahın cuarrarı suyumu kəsib bağımı susuz qoyublar. Ağacalarımın hamısı quruyub, tələf olub, indi onun fikrindəyəm ki, neyləyim.

Padşahnan vəzir burdan da getdilər. Yolları bir ölü məclisinə düşdü. Girdilər yas məclisinə, kimə yanaşdılarsa, dərdsiz adam tapa bilmədilər. Biri dedi:

 

— Qızım cavan öldü (моя дочь умерла молодой: «молодой умерла»), dünyadan nakam getdi (мира не повидала: «этим миром не насытившись, ушла»; nakam — не достигший желаемого /перс./).
O biri dedi (другой сказал):

— Gözümün ağı-qarası (самое дорогое: «моего глаза белок и зрачок») bircə oğlumu padşah (моего единственного сына падишах) dar ağacından asdırdı (на висилице повесил: dar ağacı — виселица; ağac — дерево).

Padşah dedi (падишах сказал):

— Vəzir, bura yas yeridi (визирь, здесь поминки: yer — место), burda hamı dərdli olar (здесь все грустные будут), gəl indi də bir toy məclisinə gedək (давай теперь и на свадьбу пойдем: toy məclisi, toy — свадьба).

Hər ikisi evdən çıxıb (обо вышли из дома) bir toy məclisinə getdilər (отправились на свадьбу). Qapıdan girən kimi (как только вошли) gördülər çalan kim (увидили, что кто-то играет), oxuyan kim (кто-то поет), oynayan kim (кто-то танцует), gülən kim (кто-то смеется). Bir keyf var ki (столько радости), gəl görəsən (любо-дорого). Padşah dedi (падишах сказал):

— Vəzir, biz axtardığımızı tapsaq (визирь, если мы то, что ищем, и найдем: «разыскиваемое если найдем») burda tapacayıq (то только здесь: «здесь и найдем»).

 

— Qızım cavan öldü, dünyadan nakam getdi.
O biri dedi:

— Gözümün ağı-qarası bircə oğlumu padşah dar ağacından asdırdı.

Padşah dedi:

— Vəzir, bura yas yeridi, burda hamı dərdli olar, gəl indi
də bir toy məclisinə gedək.

Hər ikisi evdən çıxıb bir toy məclisinə getdilər. Qapıdan girən kimi gördülər çalan kim, oxuyan kim, oynayan kim, gülən kim. Bir keyf var ki, gəl görəsən. Padşah dedi:

— Vəzir, biz axtardığımızı tapsaq burda tapacayıq.

 

Vəzir dedi (визирь сказал):

— Qibleyi-aləm sağ olsun (мусульманский мир да здравствует), təki elə olsun (лишь бы так и было: təki — лишь бы, только бы), amma bu adamların ürəyini (но то, что у этих людей на душе: ürəк — сердце, душа) burda bilmək olmaz (невозможно здесь оценить: «здесь узнать нельзя»), toydan sonra görərik (после свадьбы посмотрим).

Birdən padşahın gözü (вдруг взгляд падишаха) bir adama sataşdı (привлек один человек: sataşmaq — задевать, приставать), gördü ki, məclisin lap başında (заметил что, в самом центре собрания: baş — голова, центр) bığıburma bir kişi oturub (сидит мужчина с закрученными усами: bığ — усы; burmaq — закручивать, скручивать, завивать), üzünə baxan kimi başlayır gülməyə (когда на него смотрят, начинает смеятся).. Özü də ona nə qədər deyirlərsə ye (причем ему сколько бы ни предлагали поесть; nə qədər — сколько; özü də — причем, к тому же), deyir ki (говорит), vallah gündə evimizdə toydu (клянусь, каждый день в нашем доме свадьба), indicə yeyib gəlirəm (только что покушал: «покушав, пришел»). Padşahnan vəzir istəyirdilər ki (падишах с визирем захотели), bu adamnan danışsınlar (с этим человеком поговорить), firsət düşmürdü (но удобного случая не выпадало: düşmək — падать, выпадать). Bunlar o qədər gözlədilər ki (они столько ждали), toy məclisi dağıldı (что и свадьба закончилась), həmən kişi evinə gedəndə (и когда этот мужчина домой уходил) qarabaqara onun dalınca getdilər (последовали за ним: «по следам за ним пошли»; dalınca — за, вслед, следом). Kişi evinə girəndən bir az sonra (через некоторое время после того, как мужчина вошел в дом: bir az sonra — немного погодя) padşahnan vəzir qapını döydülər (падишах с визиром в дверь постучались). İçəridən bir nəfər (кто-то изнутри) gəlib qapını açdı (открыл им дверь: «придя, дверь открыл»). Qapıya gələnə dedilər (/к двери/ пришедшему они сказали):

 

Vəzir dedi:

— Qibleyi-aləm sağ olsun, təki elə olsun, amma bu adamların ürəyini burda bilmək olmaz, toydan sonra görərik.

Birdən padşahın gözü bir adama sataşdı, gördü ki, məcli-sin lap başında bığıburma bir kişi oturub, üzünə baxan kimi başlayır gülməyə, ayağa duranda qolları özündən qabağa gedir, az qalır göyə uçsun. Özü də ona nə qədər deyirlərsə ye, deyir ki, vallah gündə evimizdə toydu, indicə yeyib gəlirəm. Padşahnan vəzir ha istəyirdilər ki, bu adamnan danış-sınlar, firsət düşmürdü. Bunlar o qədər gözlədilər ki, toy məclisi dağıldı, həmən kişi evinə gedəndə qarabaqara onun dalınca getdilər. Kişi evinə girəndən bir az sonra padşahnan vəzir qapını döydülər. İçəridən bir nəfər gəlib qapını açdı. Qapıya gələnə dedilər:

 

 

— Qərib adamıx (мы чужеземцы), gecə qalmağa yerimiz yoxdu (на ночь остаться места у нас нет). Sizdə gecələməyə (у вас переночевать) bizə yer verərsinizmi (не позволите ли: «нам места не дадите ли»)?

Ev sahibi dedi (хозяин дома сказал):

— Qardaşlar, gecə vaxtı qonağı (братья, ночного гостя: gecə vaxtı — ночное время, поздно ночью) qapıdan qaytarmazlar (обратно не отправляют: «от дверей не возвращают»), buyurun içəri (прошу, входите: «пожалуйста, вовнутрь»).

Padşahnan vəzir içəri girdilər (падишах и визирь вошли: «вовнутрь вошли»). Ev sahibi onlara yer görsətdi, oturdular (хозяин дома пригласил их сесть: «показал им место», они сели). Qonaxlar baxıb gördülər ki (гости заметили, что: «посмотрев, увидели, что»), bu kişinin evi (дом этого человека) padşahın evindən qəşəngdi (красивее дворца падишаха: «падишаха дома красивее»). Padşahın evi bunun yanında (дворец падишаха по сравнению с этим: «рядом с этим») çay daşından tikilmiş (как будто построен из речного камня; çay — река; daş — камень) daxmaya oxşayır (и похож на лачугу: daxma — хибара, лачуга). Qapısında qulu (в дверях /стоит/ раб), qulluxçusu (слуга), evi başdan-ayağa (весь дом: «от начала до конца») ləl-cavahirat içində (в драгоценных камнях: lə1- рубин; cavahir — драгоценный камень). Başladılar söhbətə, bir də gördülər ki (начали разговор, и вдруг увидели что = почти сразу же), çay-çörək gəldi (им принесли еду: çay — чай; çörək — хлеб). Oturub çörək yeməyə başlayanda (когда они принялись за еду: «присев хлеб/еду кушать начали») ev yiyəsi bir ah çəkdi (хозяин дома глубоко вздохнул: ah çəkmək — вздыхать). Padşahnan vəzir qaldılar məəttəl ki (падишах и визирь заколебались: məəttəl qalmaq — не знать что, делать, колебаться), yəqin bunun da dərdi var (наверно, и он о чем то грустит: «наверно у этого тоже есть печаль»; da — и, тоже, также) ki, belə ah çəkir (раз так вздыхает). Odu ki, dedilər (поэтому сказали: odu ki — поэтому, именно поэтому):

 

— Qərib adamıx, gecə qalmağa yerimiz yoxdu. Sizdə gecələməyə bizə yer verərsinizmi?

Ev sahibi dedi:

— Qardaşlar, gecə vaxtı qonağı qapıdan qaytarmazlar, buyurun içəri.

Padşahnan vəzir içəri girdilər. Ev sahibi onlara yer gör-sətdi, oturdular. Qonaxlar baxıb gördülər ki, bu kişinin evi padşahın evindən qəşəngdi. Padşahın evi bunun yanmda çay daşından tikilmiş daxmaya oxşayır. Qapısında qulu, qulluxçusu, evi başdan-ayağa lə'l-cavahirat içində. Başladılar söhbətə, bir də gördülər ki, çay-çörək gəldi. Oturub çörək ye-məyə başlayanda ev yiyəsi bir ah çə



Поделиться:




Поиск по сайту

©2015-2024 poisk-ru.ru
Все права принадлежать их авторам. Данный сайт не претендует на авторства, а предоставляет бесплатное использование.
Дата создания страницы: 2022-11-27 Нарушение авторских прав и Нарушение персональных данных


Поиск по сайту: